Hard disk kompüterlərdə məlumat daşıyıcısı kimi istifadə olunur. Daxili hard disk bütün kompüterlərdə mövcuddur, lakin bəzi hallarda o həcm kifayət etmir və yaddaşın genişlənməsi məqsədilə xarici hard disklərdən istifadə olunur.
Hard disklər kompüterə kənardan qoşulur və iki növə bölünür: HDD və SSD. Onların ən əsas fərqlərini qeyd edək.
Çıxarılan hard disklər digər daşıyıcılardan daha aşağı sürətə malikdir, həmçinin daha tez sıradan çıxırlar. Az davamlı olmalarının səbəbi mexaniki iş rejimidir. İş prosesində maqnit başlıq hərəkətdə olur və bu səbəbdən tez bir zamanda sıradan çıxır. HDD iki tərəfdən maqnit ilə örtülmüş lövhədən ibarətdir, maqnit başlıqlar isə məlumatları qeyd edir. Proses əks tərəfə yönləndirilir və beləliklə məlumatlar oxunur.
Çıxarılan SSD disk – elektron sərt korpuslu daşıyıcıdır. Bir tərəfdən onu flash kart ilə də müqayisə etmək olar, lakin ölçüsü və yaddaş həcmi daha genişdir. Mikrosxemlər bütün məlumatları saxlayır. Bu növ disk digərlərindən daha davamlıdır. SSD sürəti digər hard disklərdən 10 qat yüksəkdir. Prosesor rolunu oyanayan kontroller mövcuddur, oxuma və qeyd etmək üçün bütün əməliyyatları icra edir.
Azərbaycanda ən populyar internet mağaza olan Maxi.az-da “Rəqəmsal texnika” bölməsində kompüterinizə uyğun olan istənilən hard diski əldə edə bilərsiniz. Bir neçə növ ödəniş üsullarından (birdəfəlik ödəniş, kredit və ya faizsiz taksitlər) sizin üçün ən uyğun olan birini seçin. Sifariş zamanı hər hansı bir çətinlik olduqda, mağaza məsləhətçisi sizə mütləq köməklik edəcəkdir.